Dünya

Ermənistanda koronavirusdan ölənlərin sayı 1000 nəfərə çatır

Bu günə qədər 40 minə yaxın yoluxma qeydə alınıb

AzToday.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 39 586-ya çatıb. Bu barədə Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi çərşənbə günü məlumat verib. 5 avqust tarixinə 1 sutkada daha 288 nəfərdə infeksiyaya yoluxma aşkar edilmişdir.

Ümumilikdə, Ermənistanda koronavirusun ağırlaşması nəticəsində 9998 nəfər ölüb.

Qeyd edək ki, Ermənistanda mart ayında tətbiq olunan fövqəladə vəziyyət rejimi avqustun 12-dək uzadılıb. Fövqəladə vəziyyətdə yığıncaqlar və mitinqlər qadağandır. Məcburi maska rejimi tətbiq olunur.

Bənzər yazılar

Back to top button