Azərbaycandakı özəl liseylərdə sentyabrın 1-dən dərs başlayır

by Aztoday Xəbər Portalı

Azərbaycanda özəl liseylər sentyabrın 1-dən virtual dərslərə start verir.

AzToday.az Hit.az-a istinadən xəbər verir ki, özəl lisey şagirdlərinə tapşırıq verilib. Müəllimlər tərəfindən bildirilib ki, gələn ayın 1-nə hazır olsunlar, onlayn dərslər başlanacaq.

Martdan bağlanan məktəblər iyunun 15-dək virtual şəkildə tədrisi davam etdirmişdi.

Qeyd edək ki, Operativ Qərargah yeni tədris ilinin sentyabrın 15-də açılıb-açılmamasını, pandemiya şəraitində dərslərin keçirilməsi qaydalarını müzakirə edir.

Bənzər Yazılar