Dünya

Ukrayna MDB çərçivəsində daha bir razılaşmadan çıxdı

Ukrayna MDB Üzv Dövlətlərinin Sərhəd Qoşunlarının tədqiqat işləri üzrə əməkdaşlığı haqqında Sazişi tərk edib.

Qaynarinfo xəbər verir ki, bu qərar Ukrayna hökumətinin avqustun 5-də keçirilən iclasında verilib.

Ukrayna Nazirlər Kabineti “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin sərhəd qoşunlarının tədqiqat fəaliyyəti ilə bağlı əməkdaşlığına dair sazişdən çıxmaq haqqında” qərarı müzakirə olmadan qəbul edib.

2006-cı ilin aprelində Moskvada imzalanan saziş sərhəd qoşunlarının hərbi, humanitar, sosial, texniki elmlər və texnologiyanın inkişafı sahəsində tədqiqatların aparılmasında, sərhəd mühafizəsinin müasir texniki vasitələrinin, perspektivli materialların və sərhəd qoşunlarının xüsusi texnikasının nümunələrinin hazırlanmasında qarşılıqlı əlaqəni təmin etməyi nəzərdə tuturdu.

Xatırladaq ki, bundan əvvəl Ukrayna MDB üzvü olan ölkələrin Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının yaradılması haqqında Sazişdən çıxıb. Bundan əlavə, Kiyev Rusiya Federasiyası ilə terrorizmə qarşı mübarizəyə dair memorandumu ləğv edib.

Bənzər yazılar

Back to top button