“Aqrar tədarük və təchizat”ın fantastik tenderi – 864 min manat nəyə xərclənəcək?

by Aztoday Xəbər Portalı

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Dəftərxana və təsərrüfat malları”na 864.993 manat xərcləyəcək.

AzToday.az xəbər verir ki, “Aqrar tədarük və təchizat” ASC-nin ötən gün “Dəftərxana və təsərrüfat malları”nın satın alınması lotu üzrə sifarişçi olduğu 864.993 manatlıq tenderin qalibi “A 4 Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.


Nizamnamə kapitalı 10 manat olan “A 4 Plaza” 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur.

Qeyd edək ki, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ilin dekabr ayında Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

Fərmana əsasən “Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.

Hazırda Cəmiyyətin İdarə Heyətinin sədri Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Aqil Quliyevdir.(qlobal.az)

Bənzər Yazılar