Bu vərdiş xərçəng riskini 30 dəfə artırır

by Aztoday Xəbər Portalı

“Görürsən ki, genetik sağlam ailədir. Lakin sonra kimdəsə ağciyər xərçəngi, sidik kisəsi xərçəngi əmələ gəlir. Məlum olur ki, burada zərərli vərdişlər mövcuddur”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin söyləyib.

Onun sözlərinə görə, genetika vasitəsilə onkoloji inkişaf hallarının yalnız 15%-ni izah etmək olar. Belə ki, mutasiyalarda yaş və həyat tərzinin önəmli rolu var. Həkim xüsusilə siqaret çəkmənin onkologiya riskini 30 dəfə artırdığını vurğulayıb.

O qeyd edib ki, insan siqareti atandan sonra orqanizm yalnız 10 il sonra “özünə gələ bilər”.

A.Kaprin həmçinin bildirib ki, 65 yaşdan sonra ömrün hər 5 ili hüceyrə mutasiyalarını 10% artırır.

Bənzər Yazılar