Cəmiyyət

Çimərlikdə yoluxma riski nə qədərdir? – AÇIQLAMA

Ölkəmizdə koronavirusa yoluxma sayı xeyli azalsa da, risk hələ də yüksək olaraq qalır.

Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Operativ Qərargahın çimərliklərin açılması ilə bağlı qərarını şərh edərkən deyib.

O bildirib ki, dəniz suyunda virusun qalma ehtimalı yoxdur:

“Dəniz suyu vasitəsilə kiminsə koronavirusa yoluxma ehtimalı yox dərəcəsindədir. Amma dənizə gedərkən qaydalara əməl etmək lazımdır. Hazırda yoluxma sayında bir qədər stabilləşmə var, amma bunu qorumaq üçün qaydalara əməl etmək vacib şərtdir. Buna əməl edəriksə, stabilləşmə davamlı olar və növbəti dalğa olsa belə, bunu nəzarət altında saxlamış olarıq. Xəstəlik nəzarətdən çıxarsa, yoluxmada kəskin artım olacaq. Hamımız bir olub bu xəstəliyə qarşı mübarizə aparmalıyıq. Xüsusən çimərliklərin açılmasından sonra daha diqqətli olmaq, ara məsafəsini gözləmək lazımdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, verilən qərarlarda insanların maraqları, çoxsaylı istəkləri də nəzərə alınır:

“Lakin qərarlar verildikdə yaxşı olardı ki, insanların buna verəcəyi reaksiya və maarifləndirmə işi də nəzərə alınsın. İstənilən halda bu, cəmiyyətimizi pandemiyadan qorumaq məqsədilə verilən qərarlardır və təqdirlə qarşılayırıq. Lakin bunu insanlara proyeksiya etmək məsələsi bir müddət çəkir və insanlar ilk başda bunu qəribə qarşılayır. Çimərliklərin açılması çox təbiidir. Karantin qaydalarına, ara məsafəsinin qorumasına əməl edilsə, bunun heç bir fəsadı olmayacaq”.

Axar.az

Bənzər yazılar

Back to top button