GündəmSağlamlıq

Mehman Hüseynov: “Çox sevinirəm ki, bu bəladan canımı qurtaracam”

Tanınmış bloger Mehman Hüseynov müalicəsi ilə bağlı məlumat yayıb.

AzToday.az xəbər verir ki, Mehman Hüseynov müalicəsinin nəticə verdiyini bildirib:

“Bilirəm başınız problemlərlə doludur, amma gəldim sizinlə bu xəbəri bölüşüm. Çox sağ olun ki, vaxtında mənə dəstək olub, məni xilas elədiz. İlkin mərhələdə həkimlər mənə radioterapiya etdilər. Bu ona görə lazımıydı ki, şiş çox böyük idi deyə cərrahi müdaxilə etmək mümkün deyildi. Ona görə mənə radio şua verib şişi bir az balacalaşdırmağa çalışırdılar. 1 ay 15 gün şua qəbul elədim. Çox pis təsir edir, amma nəticə verib. Şiş bir az da olsa balacalaşıb.

İndi isə həkimlər mənə 20 gün fasilə veriblər, 20 gün ərzində baxacaqlar əgər şişdə hər hansı bir dəyişiklik olmasa əməliyyat edəcəklər və mən ayağa qalxacam. Çox sevinirəm ki, bu bəladan canımı qurtaracam.

Odur ki, lap azca qalıb, bu ay mənim üçün həlledici aydı. İnanıram ki, yekunda xəstəliyimə qalib gələcəm və inşallah sağ salamat doğma vətənimə qayıdacağam”.

Qeyd edək ki, Mehman Hüseynov İsveçrədə müalicə olunur.

Bənzər yazılar

Back to top button