Digər

Koronavirusun ikinci dalğası Avropanı silkələməyə başlayıb

İspaniya və Fransada vəziyyət ağırlaşmaqdadır

AzToday.az xarici mətbuata istinadən xəbər verir ki, Avropada yeni növ koronavirusun yayılması ilə bağlı vəziyyət yenidən pisləşir. Mütəxəssislərin qənətinə görə, koronavirusun ikinci dalğası Avropanı silkələməyə başlayıb. Avropanı silkələyən bu yenilikdən sonra yeni qərarlar qəbul ediləcəyi gözlənilir.

Yeni koronavirus epidemiyası Avropada təsirini davam etdirsə də, İspaniyada vəziyyət ağırlaşmaqdadır. Avropada ilk episentri olan İspaniyada demək olar ki, ikinci dalğa baş verir. Ölkə rəsmi olaraq şokdadır. İspaniyada yeni bir növ koronavirus (COVID-19) epidemiyası sürətini yenidən artırıb. İspaniya Səhiyyə Nazirliyinin verdiyi mlumata görə, son 24 saat ərzində 1772 yoluxma aşkar edilib. Bildirilib ki, bu sayı karantin tətbiqinin ləğv edildiyi gündən bu günə qədər aşkar edilən ən böyük yoluxmadır və yoluxanların ümumi sayı 305 min 767-yə çatıb.
Yoluxma sayının artması İspaniya hökumətinin virusun yayılmasının qarşısını almaq üçün yerli icra hakimiyyəti orqanlarına regional tədbirlər üzrə səlahiyyətlərini artırıb.

Fransada isə yeni növ koronavirusdan ölənlərin sayı 30 min 305-ə nəfərə çatıb. Fransa Səhiyyə Nazirliyinin yazılı açıqlamasına görə, son 24 saatda ölkədə yoluxmuş insanların sayı 1695 nəfər artaraq 220 746 nəfərə çatıb. Son 24 saatda xəstəxanalarda 9 nəfər ölüb. 384 nəfər reanimasiya şöbəsindədir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button