GündəmManşetSiyasət

Mişel oktyabrın sonunda Əliyevlə Paşinyanın görüşünü təşkil etməyi planlaşdırır

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanı oktyabrın sonunda Brüsseldə görüşə dəvət edib, TASS Avropa Siyasi Birliyinin Qranada sammiti zamanı diplomatik mənbəyə istinadən bildirib.

“Sədr Mişel [Avropa İttifaqı Şurasının sədri Şarl] prezident Əliyevi və baş nazir Paşinyanı oktyabrın son həftəsində Brüsseldə keçiriləcək görüşə dəvət edib”, – mənbə bildirib.

Ancaq bu məlumat Brüssel, Bakı və Yerevan tərəfindən rəsmi olaraq təsdiqlənməyib.(Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button