İdman

“Məsuliyyəti üzərimə götürürəm” – “Real”ın müdafiəçisi

“Mən öz üzümü göstərmək istəyirəm. Bu, mənim məğlubiyyətimdir”.

Fanat.az xəbər verir ki, bu sözləri “Real”ın futbolçusu Rafael Varan Çempionlar Liqasının 1/8 finalının cavab matçında “Mançester Siti”yə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Oyunda kobud səhvləri ilə Madrid klubunun 2 qol buraxmasına səbəb olan müdafiəçi məğlubiyyətə görə məsuliyyəti üzərinə götürüb: “Məsuliyyəti üzərimə götürürəm. Biz yaxşı hazırlaşdıq, amma belə səviyyədə səhvlərə baha başa gəlməli olur. Mən onları izah edə bilmirəm. Futbolda hər şey olur. Bu gün mənim üçün çox mürəkkəb gündür”.

Qeyd edək ki, ilk görüşdə də 2:1 hesabı ilə qalib gələn “Mançester Siti” növbəti mərhələyə adlayıb, “Real” isə Çempionlar Liqasındakı çıxışını dayandırıb.

Bənzər yazılar

Back to top button