DünyaSağlamlıq

Koronavirusu ən sürətli aşkarlayan test hazırlandı

ABŞ-ın Silahlı Qüvvələrində işləyən alimlər COVID-19-a dair yeni test hazırlayb.

Bu barədə “Report” “Guardian” qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, yeni test virusun ətrafdakılar üçün yoluxucu olmasını aşkarlaya bilir.

Nəşr qeyd edib ki, test ABŞ-ın Müdafiə Nazirliyinin bioloji və kimyəvi silahdan istifadə zamanı zəhərlənmənin və ya kimyəvi silahın erkən üzə çıxarılması ilə məşğul olan Perspektivli Tədqiqat Layihələri İdarəsinin proyekti çərçivəsində hazırlanıb.

Layihənin koordinatorları güman edirlər ki, yeni test yoluxmadan sonra 24 saat ərzində, xəstəliyin əlamətləri üzə çıxana, insan yoluxucu xəstə olana qədər aşkarlamağa imkan verəcək. Bu, koronavirusla bağlı hazırda istifadə edilən testdən virusu 4 gün tez aşkarlayan yeni testdir.

ABŞ-ın Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət üzrə İdarəsinin (FDA) bir həftə ərzində testin tətbiqinə təcili icazə verəyi gözlənilir.

Bənzər yazılar

Back to top button