HadisəManşet

Rafiq Tağının ailəsi Prezidentə müraciət etdi: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Qətlə yetirilən yazıçı Rafiq Tağının ailəsi Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə müraciət edib.

AzToday.az xəbər verir ki, mərhum yazıçının ailəsi müraciətdə Rafiq Tağının qətlinin sifarişçilərinin və icraçılarının hələ də tapılmamasını qeyd edərək, cinayət işinə yenidən baxmağı tələb ediblər.

Müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezident İlham Əliyev!
Cənab Baş Prokuror Kamran Əliyev!

Yazıçı Rafiq Tağının qətlinin 9-cu ili yaxınlaşır. Onun qətlinin sifarişçiləri və icraçıları bu vaxtadək nəinki tapılmamışdır, hətta şübhəli şəxs qismində bir nəfər belə istintaqa cəlb edilməmişdir. Bu cinayət işində istintaq qrupu 9 il ərzində tamamilə yararsız fəaliyyət, daha doğrusu, fəaliyyətsizlik sərgiləmişdir.

Bu cinayət işinin yeni tərkibli istintaq qrupu tərəfindən aparılmasını məqsədəuyğun bilirik.

Yeni Baş Prokuror cənab K.Əliyevin bu işdə əzm göstərəcəyinə ailə adından ümidlər bəsləyirik.

Köhnə tərkibli istintaq qrupu tam fəaliyyətsizlik sərgiləmiş, istintaq hərəkətsizliyi etmişdir. Hətta, zəng edib soruşmasaq, münasibətlərindən bu ağır qətl hadisəsini unudubmuşlar kimi təəssürat yaranır.

Yazıçı Rafiq Tağının ailəsi olaraq, hesab edirik, bu cinayət işinə yenidən baxılmalıdır və bu məsuliyyəti yeni tərkibdə, tərəfsiz və obyektiv istintaq qrupu öz üzərinə götürməlidir. Bu işdə Rafiq Tağının ailəsi adından Sizlərə yardımçı olmağa hazır olduğumu bildirmək istərdim.

Sizi də maraqlı tərəf hesab edərək, bu cinayət işinə yenidən baxmağa səsləyirik.

Yazıçı Rafiq Tağının ailəsi adından – İlqar Tağı”.

Bənzər yazılar

Back to top button