İdman

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

AzToday.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşib. Azərbaycan çempionu Şimali Makedoniya çempionatının qalibi “Sileks”ə rəqib olub.

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. “Qarabağ”ın adı ilk çıxdığından oyun Bakıda baş tutacaq.

Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button