Cəmiyyət

“Azərbaycanlılar buna niyə belə həvəslə inanırlar?” – Yazıçı yenə özünü müdafiə etdi

“Mənə aydın deyil, insanlar necə inana bilərlər ki, mən durduğu yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o sualı təxribat məqsədilə verirdi”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayev feysbukda yazıb.

“Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı üçün açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”, – Xalq yazıçısı bildirib.

Qeyd edək ki, oktyabrın 26-da keçirilən Yazıçılar Birliyinin Qurultayında gərgin anlar yaşanıb. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qurultay üçün ayrılan 203 min manatla bağlı ünvanlanan suala sərt şəkildə cavab verib. Ç.Abdullayevin jurnalistə bu şəkildə cavab verməsi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

Yazıçı bundan əvvəl də məsələ ilə bağlı mətbuata açıqlama verərək yaşanan hadisədə özünü müdafiə edib:
“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bənzər yazılar

Back to top button