Məhbusun həyat yoldaşı: Azərbaycan həbsxanalarında Covid-19-u test etmirlər

by Aztoday Xəbər Portalı

Bu yaxınlarda Rusiyanın “EurAsiaDaily” saytı siyasi məhbus, Rusiya vətəndaşı Saleh Rüstəmli haqqında məqalə dərc edib.

Sayt məhkumun həyat yoldaşına istinadən pandemiya dövründə Azərbaycandakı həbsxanaların durumundan bəhs edir.

Məhkum həyat yoldaşı Aynur Hüseynova “EurAsia Daily”in müxbirinə deyib ki, Azərbaycan həbsxanalarında məhbusları Covid-19 test yoxlanışından keçirmirlər. O, Bakının ucqar ərazisində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyətin pisləşdiyini qeyd edib.

“Hələ mart ayında, Azərbaycanda koronavirusla əlaqədər karantin rejimi ilk dəfə elan edildiyi zaman cəzçəkmə müəssisəsində xəstələrin sayı kəskin artmışdı. Məhkumların yaxınlarının dediyinə görə, xəstələrdə mövcud simptomlar koronavirusa çox bənzəyir, xəstələr bir neçə dəfə huşunu belə itirmişdilər. Amma may ayına qədər məhkumlar koronavirusla bağlı müayinə testindən keçirilmədi – koloniyada isə bu müddətdə artıq virusa yoluxanların sayı 90 nəfəri keçmişdi. Yalnız yoluxmaların artmasından sonra xəstə məhkumlar yoxlanılmağa və müalicə üçün həbsxana xəstəxanalarına aparılmağa başladı”, – Aynur Hüseynova deyib.

Rusiya vətəndaşı olan Saleh Rüstəmov mart ayında qanunsuz sahibkarlıq fəaliyyəti və Azərbaycanda təqib olunan təşkilatı (AXCP) maliyyələşdirmək vasitəsilə çirkli pulların yuyulması ittihamı ilə 7,3 il həbs cəzasına məhkum edilib.

“Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında hələ də koronavirus epidemiyasının yoluxma riski yüksəkdir. Koronavirusa bənzər simptomları olan məhkumlar test edilmir. Testlər yalnız vəziyyəti ağır olanlara təyin edilir. Müayinə yalnız – ekspress testlər yolu ilə aparılır. Əgər xəstəlik təsdiqlənərsə, xəstələr koloniyadan kənarlaşdırılır, o zamana qədər isə nəticəsi pozitiv çıxan koronavrsus xəstələri həddindən artıq çoxluq təşkil edən sağlam məhkumlarla eyni baraklarda saxlanılır, birlikdə yemək yeyir, eyni tualet və hamamdan istifadə edirlər. Müəssisədə yuyucu vasitələrin yetərsizliyindən məhkumlar üçün ağır antisanitariya şəraiti hökm sürür. Tibbi bölmədə isə kəskin dərman çatışmazlığı var. Koloniyanın yaxınlığında açıq daş karxanaları fəaliyyət göstərir. Hava bu karxanalarin tozu ilə çirklənir və daş hissəciklərinin tozu məhkumların ciyərlərinə dolur. Məhkumların qidalanma şəraiti də onların koronavirusa yoluxmalarına köməkçi vasitədir. Azərbaycan həbsxanalarında koronavirusla əlaqədar karantin çərcivəsində məhkumlara ərzaq bağlamalarının göndərilməsi tamamilə dayandırılmışdır. Həbsxana yeməklərinin keyfiyyəti aşağı olduğundan məhkumların immuniteti zəifləyir,nəticədə onlar tez-tez xəstələnirlər.Pulu olanlar həbsxana mağazasından yemək alır, lakin kazarmada alınan yeməkləri qızdırmaq üçün şərait mövcud deyil”, – Aynur Hüseynova vurğulayıb.

A. Hüseynovanın sözlərinə, görə ola bilər ki, onun həyat yoldaşı artıq koronavirusa yoluxub: “Salehin 57 yaşı var və xroniki pankreatit xəstəsidir. “Kolon”a köçürülməzdən əvvəl 8 may 2018-ci ildən o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin həbsxanasında dəhşətli şəraitdə saxlanılıb. Saleh özünə və digərlərinə qarşı yalan ifadə verməyə razılaşmadığına görə döyülərək işgəncələrə məruz qalıb. İstintaq təcridxanasında, daha sonra isə 13№-li koloniyada saxlanması, Salehin onsuz da yaxşı olmayan səhhətinə böyük zərər yetirir. Bu yaxınlarda Salehdə koronavirus yoluxucu xəstəliyinin bütün simptomlarının olduğunu öyrəndim, lakin bununla belə hələ də test keçirilməyib. Mən özüm koloniyaya gedib onunla maraqlana, nə baş verdiyini, vəziyyətinin necə olduğunu öyrənə bilmirəm. Mən Rusiyada yaşayıram, Azərbaycanla sərhədlər koronavirus səbəbindən bağlanıb. Bundan əlavə, karantinlə əlaqədar olaraq, Azərbaycan həbsxanalarında və koloniyalarında məhkumların ziyarətləri də ləğv edilib”.

“Başqa məhkumların yaxınlarının sözlərinə əsasən deyə bilərəm ki, digər cəzaçəkmə müəssisələrində də oxşar vəziyyət höküm sürür. Azərbaycanda yeganə mövcud qadınlar koloniyasında isə epidemioloji vəziyyət demək olar ki, ən pis vəziyyətdədir. “Kolon” 1933-cü ildə tikilib və çoxdan bağlanması lazımdır. Müasir standartlara uyğun qadın “kolon”unun açılışı ilə bağlı qərar səlahiyyətli qurumlar tərəfindən dəfələrlə elan edilsə də, məlum olmayan səbəblərdən sonradan təxirə salınıb. Nəticədə məhkum qadınlar həddindən artıq dolmuş koloniyalarda pis qidalanma və anti-sanitariya şəraitindən əziyyət çəkir, mənfi emosiya və davranışlarını bir-birilərinə yönəldirlər. Bu cür şəraitdə yaşamaq qadın sağlamlığına mənfi təsir göstərir, nəticədə məhkum qadınlar tez-tez xəstələnirlər. Bununla belə xəstə və ya yorğun qadınlara gün ərzində bircə saat uzanaraq istirahət etməyə icazə verilir. Qalan vaxtlarda çarpayı ideal yığılmış vəziyyətdə olmalı, yatağın üzərində nəinki yatmaq, oturmaq belə yasaqdır. Qaydanı pozan qadınları isə daha dəhşətli şəraiti olan cəza kamerasına göndərilir. Qadın koloniyasındakı vəziyyəti ağırlaşdıran səbəblərdən biri də koloniya rəhbərinin kişi olmasıdır. O, “kolon”da baş verən bütün problemlərin həllini saxlanma şəraitinin daha da ağırlaşdırılmasında görür. Siyasi səbəblərə görə müəssisəyə göndərilən qadınlara qarşı isə daha sərt və hətta deyə bilərəm ki, qəddarcasına rəftar edilir. Onların məhkum – cinayətkarlar tərəfindən təhqir edilməsinə şərait yaradılır və rəhbərlik bu münaqişələrə qarışmamağı üstün tutur”, – Aynur Hüseynova deyir.

Aynur Hüseynovanın əri Saleh Rüstəmov AXC-yə gənc yaşlarında, 1980-ci illərin sonlarında üzv olub.

1992-1993-cü illərdə Rüstəmov kiçik vətəni olan Azərbaycanın Gədəbəy rayonunun icra hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 1993-cü ildə, Heydər Əliyev Azərbaycanın prezidenti olduqdan sonra Saleh Rüstəmov digər AXC üzvləri ilə birlikdə müxalifətə keçib və Rusiyaya mühacirət edib.

1995-ci ildə Saleh Rüstəmov Rusiya vətəndaşlığını alıb.

Məlumata görə, o, Moskvada kiçik ticarətlə məşğul olub, gəlirinin bir hissəsini Azərbaycan müxalifətinin məhkum olunmuş nümayəndələrinə yardım etmək üçün bağışlayıb.

AXCP isə açıqlayb ki, Rüstəmovdan və digər azərbaycanlılardan daxil olan pulu məhkum müxalifətçilərə dərman, digər ilkin tələbat mallarının alınmasına və vəkillə təmin olunmasına sərf edib.

Sayt yaıb ki, 2018-ci ilin may ayında Rüstəmov qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəy rayonuna gedib. Üç gündən sonra Bakıya gedərkən yolda həbs edilib. Həbs olunduğu gün ona narkotik vasitələrin saxlanması ve satışı ittihamı irəli sürülüb.

Təhqiqatın gedişində hazırda cəza çəkdiyi, törətmədiyi cinayətlərlə bağlı maddələr elavə edilib. Məhkəmədə Rüstəmov tərəfindən narkotik maddələrin satışı sübuta yetirilməyib.

Moskvada Rüstəmovun həyat yoldaşı və üç övladı yaşayır. İstintaq dövründə Rüstəmovun oğlu Bakıya gedərək Rusiya səfirliyindən Rusiya vətəndaşı olan atasına kömək etməsini xahiş edib.

Məlumata görə, Rusiya səfirliyində isə Saleh Rüstəmovun “Azərbaycanda qadağan olunmuş təşkilat”ı, AXCP-nı maliyyələşdirdiyi üçün ona kömək edə bilməyəcəklərini bildiriblər.

Hüquqi cəhətdən leqal və ölkənin ən yaşlı partiyası olan AXCP Azərbaycanda ekstremist təşkilat kimi təqib olunur. 2017-ci ildə AXCP liderinin əmisi oğlu, Fransa vətəndaşı İnqilab Kərimli terrorizm təbliğatı ittihamı ilə axtarışa verilib.

2019-cu ildə AXCP sədrinin müavini Gözəl Bayramlı əfvlə həbsdən azad edilib. Elə həmin il Əli Kərimli saxlanılmış, sonra sərbəst buraxılıb. İyulun 15-də Bakıda keçirilən Qarabağa və Azərbaycan ordusuna dəstək mitinqindən sonra 40-dan çox AXCP fəalı həbs edilib.

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev mitinq iştirakçılarını Azərbaycanda “qanunsuz yolla hakimiyyəti ələ keçirmək” istəyən “iyrənc qrup” adlandırıb.

Qeyri-iş günü olduğu üçün Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bənzər Yazılar