Mədəniyyət

Aynişan həyat yoldaşından ayrılıb?

Müğənni və bloqer Aynişan Quliyeva həyat yoldaşı Kənan Əliyevi “Instagram”da izləmədən çıxarıb.

Oxu.az xəbər verir ki, K.Əliyev də öz növbəsində A.Quliyevanı və qayınanası Aybəniz Haşımovanı “Instagram”da “unfollow” edib.

Aybəniz Haşımova, eyni zamanda, qızının toyu ilə bağlı bütün paylaşımları sosial media hesabından silib.

A.Quliyeva və K.Əliyev isə “Instagram”da toylarından yalnız özləri görünən kadrları saxlayıb.
İzləyicilər cütlüyün ayrıldığını iddia ediblər.

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb. Onların toyu bu ilin fevralında baş tutub.

Bənzər yazılar

Back to top button