ManşetSiyasət

ABŞ səfirinin Şuşaya getməməyinin səbəbi barədə suala cavabı

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşünü alqışlayır və tərəflərin sülh yolunda irəliləməsi üçün səy göstərməyə hazırdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger noyabrın 22-də bir qrup jurnalistlə görüşündə bildirib.

“Biz keçmişdə iki ölkə lideri birbaşa əlaqə saxladıqda əhəmiyyətli nəticələr əldə olunduğunun şahidi olmuşuq”, deyə o bildirib. Səfir görüşün tərəflər arasında etimadın formalaşdırılmasında irəliləyişə nail olmağa imkan verəcəyinə ümid etdiyini bildirib və etimad olmadan bütünlükdə münaqişənin həllinə nail olmağın mümkün olmadığını qeyd edib.

Litsenberger Turan-ın ABŞ səfirinin digər səfirlərlə birlikdə Şuşaya getməkdən imtina etməsinin səbəbi barədə sualına cavabdan yayınaraq, Zəngilanda olduğunu, səfirlik əməkdaşlarının isə Füzuli və Ağdamda olduqlarını, özünün isə tezliklə Ağdama səfər edəcəyini bildirib.

“Mən Naxçıvanda, Şəkidə, Gəncədə olmuşam. Hələ olmadığım yerlər qalıbsa, imkan olduqda oralara da gedəcəyəm”, deyə səfir qeyd edib.

Diplomat ABŞ-ın Qafqazda münaqişələrin nizamlanması üçün 3+3 düsturuna mənfi münasibətinin səbəbi barədə suala birmənalı cavab verməyib. “Biz hər üç Cənubi Qafqaz ölkəsinin müstəqil olmasının və qərarları özlərinin qəbul etməsinin tərəfdarıyıq”, deyə o bildirib.

Bənzər yazılar

Back to top button