Dünya

Məşhur hüquq müdafiəçisi: “Fahişəlik mənə mübarizəni öyrətdi” – FOTO

Yeni Zelandiyada yaşayarkən Sabrinna Valisce fahişə kimi həyatının böyük bir hissəsini insan alverinin dekriminallaşdırılması ilə bağlı kampaniyalara həsr edib.

İndi isə fikrini dəyişərək deyir ki, qadınlardan fahişə kimi istifadə edən kişilər cəzalandırılmalıdırlar. Julie Bindel bizə onun hekayəsini danışır.

Aztoday.Az BBC-yə istinadən bildirir ki, Sabrinna Valisce 12 yaşında ikən atası özünü öldürür. Bu onun həyatını büsbütün dəyişir. İki il ərzində anası yenidən ailə qurur və onlar Avstraliyadan Yeni Zelandiyanın Welington şəhərinə köçürlər. Burada isə onun həyatı acınacaqlı keçir.

“Mən özümü bədbəxt hiss edirdim,” Valisce deyir.

“Ögey atam qəddar insan idi və dərdimi danışmağa biri yox idi.”

Onun arzusu peşəkar rəqqasə olmaq idi və məktəbdə nahar vaxtı balet sinfi də qurmuşdu. Bu o qədər uğurlu alınır ki, məşhur rəqs qrupu Limbs orada gəlib dərs verirmiş.

Lakin heç iki ay keçməmiş o, küçədə fahişəlik etməyə məcbur qalır.

Məktəbdən evə qayıdan yolda parkdan keçərkən bir kişi ona seks müqabilində 100 dollar təklif edir.

“Məktəbli formasında idim və bunu etdiyimi heç kəs anlaya bilməzdi,” o deyir.

Valisce pulu Auckland-ə köçmək üçün istifadə edir və burada Gənc Kişilərin Xristian Birliyinə (ingiliscə YMCA) üz tutur.

“Kömək üçün kiməsə zəng vurmaq istəyirdim. Yataqxananın həyətindəki telefon kabinəsinə girdim və bir nömrə yığdım. Məşğul göstərdiyinə görə gözləməyə qərar verdim,” o deyir.

“Elə bu zaman mənə polislər yaxınlaşdılar və nə etdiyimi soruşdular. ‘Telefondan istifadə etmək üçün gözləyirəm’, dedim.”

Polislər telefonu istifadə etmək üçün başqa heç kimin olmadığını dedilər. Onlara elə gəlirdi ki, “son dərəcə ağıllıdırlar”, Valisce deyir – amma əsl səbəbini izah edəndə dediklərimi anlamadılar.

“Onlar üzərimi axtardılar ki, kondom olub-olmadığını bilsinlər. Çünki YMCA, fahişəxanalar ilə dolu Karangahape Küçəsinin arxasında yerləşirdi.

“Sözün düzü, elə bu zaman pul qazanmaq yolunu tapdım. Polislər məni qorxutsalar da, bilirdim ki, pul qazana bilməsəm, küçələrə düşməyə məcbur qalacağam və məni indi də divara sıxıb, axtarış apararaq qorxu və hədə gəlirdilərsə, demək ki, fahişə olub-olmamağımın heç bir fərqi olmayacaqdı.”

A woman works as a prostitute on Auckland's Karangahape Road in 2003, shortly after the new law legalising prostitution was passed

Valisce Karangahape Küçəsinə gedir və orada işləyən bir qadından məsləhət istəyir.

O, Valisce-ə işləyə biləcəyi iki dalan göstərir.

“O, mənə kondom da verdi və qiymətləri və o qiymətlər müqabilində edə biləcəyim şeyləri başa saldı. Çox yaxşı qadın idi. Yaşı az olsa da, Samoan-nın bu işlə çoxdan məşğul olduğu bilinirdi.”

İki il küçələrdə işlədikdən sonra, 1989-cu ildə Valisce, Christchurch-də yerləşən Yeni Zelandiya Fahişəlik Kollektivinə (ingiliscə NZPC) baş çəkir.

“Oraya kömək almaq məqsədilə yaxınlaşmışdım. Fahişəlikdən qurtulmaq istəyirdim, amma mənə qoruyuculardan başqa heç bir şey təklif edən olmadı,” o deyir.

O həmçinin, hər cümə günü kollektivin təşkil etdiyi şərab və pendir yığıncağına dəvət alır.

“Onlar ‘seks işçilərinə’ qarşı olan stiqmanın pis bir şey olduğunu müzakirə edir və deyirdilər ki, başqa işlər kimi fahişəlik də pul qazanmaq növüdür,” Valisce xatırlayır.

Belə olduqda o, gördüyü işi məqbul qəbul etməyə başlayır.

O, kollektivin masaj salonunun koordinatoru kimi işləməyə başlayır və vasitəçilik də daxil olmaqla insan alverinin bütün aspektlərinin dekriminallaşdırılması üzrə kampaniyaların müdafiəçisinə çevrilir.

“Elə bilirdim ki, bir inqilab baş verəcək. Dekriminallaşdırmanın qadınlar üçün yaxşı şeylər vəd etdiyinə ürəkdən inanırdım,” o deyir.

Dekriminallaşdırma 2003-cü ildə qəbul olunur və Valisce, bu münasibətlə fahişəlik kollektivi tərəfindən təşkil olunan bayram məclisində iştirak edir.

When prostitution was legalised in 2003, job adverts appeared in the press

Lakin az keçmədən o, sanki yuxudan ayılır.

Fahişəlik İslahatı Qanunu imkan verir ki, fahişəxanalar qanuni biznes kimi işləsin.

Birləşmiş Krallıq Daxili İşlər üzrə Seçki Komissiyası, insan alverinə qarşı müxtəlif yanaşmaları müzakirəyə çıxarıb. Buraya tam dekriminallaşdırma da daxildir. Amma Valisce deyir ki, bu Yeni Zelandiyada dəhşətli bir hal aldı və qanundan xeyir görən yalnız aradüzəldənlər və qumarbazlar oldu.

“Zənn edirdim ki, qanun qadınlara güc verəcək və hüquqlarını tanıdacaq,” o deyir.

“Az keçmədən anladım ki, doğru olan bunun əksi imiş.”

Problemlərdən biri o idi ki, fahişəxana sahibləri istədikləri qiymətə “hər şey daxil paketini” təklif edir və kişilər də qadınlarla istədikləri kimi davranırlar.

“Bizə ‘hər şey daxil paketi’ olmayacağı vədi verilmişdi,” Valisce deyir.

“Yoxsa qadınlar təklif etdikləri seksual xidmətlərin dəyərini özləri biçə bilmir və ya hansısa təklifi rədd edə bilmirlər. Bu da dekriminallaşdırmaya və onun gətirəcəyi xeyirə zidd idi.”

40 yaşlı Valisce Wellington-da yerləşən fahişəxanaya iş üçün müraciət edir və gördüklərindən şoka düşür.

“İlk iş günümdə bir qızın əsəb pozğunluğu yaşadığını gördüm. O, əsəbdən əsir, ağlayır və danışa bilmirdi. Katibə ona acıqlanır və deyirdi ki, işinin başına qayıtsın. Mən əşyalarımı götürüb, oradan ayrıldım,” o deyir.

Bir müddət sonra o, Wellington-dakı fahişəlik kollektivinə gördüyü mənzərədən danışır.

“Bununla bağlı nə edəcəyik?” o soruşur.

“Kömək üçün hara müraciət etməliyik?”

Onun bu sualına heç kim əhəmiyyət vermir və sonda kollektivdən ayrılmaq qərarına gəlir.

O vaxta kimi təşkilat onun yeganə dəstək yeri, seks alveri işçisi olduğuna görə qınaq görmədiyi məkan olmuşdu.

A protester holds a placard during a candle lit vigil to mark the international day to end violence against sex workers, organised by the English Collective of Prostitutes

Əslində onun “abolisionist” istiqamətdə gedən yolu, hələ təşkilatda könüllü olduğu müddətdə başlayıbmış.

“NZPC-də gördüyüm işlərdən biri, mediadakı xəbərləri toplamaq idi. Orada bir şey oxumuşdum: bir nəfər danışırdı ki, seks ticarətindən ayrıldıqdan sonra, hisslərini anlamağa başlayıb.

“Mən də onun dediyi ‘Nə baş verdiyini anlamıram, niyə özümü bu cür hiss edirəm?’ hissini illər boyu yaşamışdım. Və yalnız məqaləni oxuduqdan sonra öz-özümə dedim: ‘İlahi, bu mənəm.'”

Valisce üçün geriyə yol yox idi.

O, 2011-ci ildə fahişəliyi atır və Avstraliyanın Queensland şəhərində yerləşən Qızıl Sahilə köçür. Çaşqın olsa da, depressiya yaşasa da, o, həyatının istiqamətini dəyişmək qərarında idi.

Qonşusu ona internet fahişəliyini məsləhət bilir, o isə bunu rədd edir.

“Elə bil ki, alnıma “fahişə” sözü yazılmışdı. Qonşum bunu necə bilmişdi? Bilirəm ki, bunun yeganə səbəbi qadın olmağım idi,” Valisce deyir.

Sonralar həmin qonşusu hər görəndə Valisce-ə həqarət edirmiş.

Valisce internetdə qadınlarla tanış olmağa başlayır. Bu feministlər dekriminallaşdırmaya qarşı idilər və özlərini abolisionistlər adlandırırmışlar.

Onların modelinə əsasən, fahişəliyə məruz qalan şəxs dekriminalizasiya olunmalı və bunu törədənlər və bu işdə ara düzəldənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Hazırda BK Daxili İşlər üzrə Seçki Komissiyası da bu modeli nəzərdən keçirir.

Melburnda 1980-ci illərin ortalarından bəri fahişəxanalar qanuniləşdirilib. Sistemə qarşı kifayət qədər dəstək olsa da, ona qarşı artmaqda olan bir hərəkat da nəzərə çarpır.

The Daily Planet bordello in Melbourne floated on the stock exchange in 2002

O, insan alverindən ayrılıb, keçmişi ilə barışaraq feminist fəala çevrildiyi anı “yeni həyatının başlanğıcı” hesab edir.

“Keçmiş həyatımdan əvvəlcə emosional, sonra fiziki və son olaraq fikrən uzaqlaşdım,” o söyləyir.

Konfransdan sonra, Valisce həkimə gedir və ona travma sonrası stress pozuqluğu (ingilisə PTSD) diaqnozu qoyulur.

“Bu, fahişəliyin nəticəsi idi – mənə çox pis təsir etmişdi, amma təsirdən çıxmağı yaxşı bacarırdım,” o deyir.

“Özünü hiss edə bilmək üçün uzun zaman lazım gəlir.”

Valisce üçün ən yaxşı müalicə onu başa düşən və fahişəliyin vurduğu ziyan əleyhinə mübarizə aparan insanlarla işləməkdir.

O həm də səsini ucalda bilməyən qadınlara kömək etmək uğrunda çalışır.

“Mənim məqsədim insanları bu sənayeyə cəlb etmək, ya da buradan uzaqlaşdırmağa çalışmaq deyil,” o deyir.

“Amma fərq yaratmaq istəyirəm və başqa qadınlara kömək etmək üçün bacardığım qədər səsimi ucaltmalıyam.”

Julie Bindel Fahişəliyə Qarşı Mübarizə: Seks İşçisi Mifini Dağıtmaq (The pimping of prostitution: Abolishing the Sex Work Myth) əsərinin müəllifidir.

Bənzər yazılar

Back to top button