Təmir olunan yolları kim qazır?

Print Friendly, PDF & Email

Yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC –nin mətbuat xidmətindən bildirilib.

Əgər işlərin aparıldığı yollarda həmin qurumlar tərəfindən dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Sözügedən qurumlar orada hər-hansı təmir-bərpa işlərinin görülməsinin zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır.

İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.