Dünya

Lukaşenko: “Tixanovskayanı qorumaq üçün dərhal KQB-ni göndərdim”

“KQB-yə dərhal ən güclü hərbçiləri göndərməyi və gizli şəkildə onların ofisini nəzarətə almalarını tapşırdım ki, Allah etməsin, kimisə öldürməsinlər: çünki bu işdə müqəddəs bir qurban lazım idi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Belarusiya Prezidenti Aleksandr Lukaşenko dünən gecə hüquq-mühafizə orqanlarının əməkdaşlarının yalnız şəhər sakinlərinin deyil, müxalifətin birgə qərargahının nümayəndələrinin də əmin-amanlığını qorumalı olduqları haqda danışarkən deyib.

“Onlar, üstəgəl başqa bir neçə müxalifət jurnalisti – ümumilikdə təxminən 60 nəfər bir ofisə topladılar”, – Belta Lukaşenkodan sitat gətirib.

Belarus lideri qərargahdan məlumat daxil olduğunu, ətrafda bir kütlənin toplaşdığı və qorunmaya ehtiyac olmasıyla bağlı bir mesaj gəldiyini əlavə edib:

“Biz bütün gecəni onları müdafiə etdik və hələ də vəziyyətə nəzarət edirik”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button