Dünya

Koronavirusla bağlı payız-qış hazırlığı: Putin hökumətə tapşırıq verdi

Rusiya Prezidenti Vladimir Putin payız-qış epidemioloji mövsümünə hazırlıqla bağlı hökumətə tapşırıq verib.

Tapşırıqların siyahısı Kremlin saytında yerləşdirilib.

Belə ki, Prezident rusiyalıların 60 faizinin qripdən peyvənd olunmasını tapşırıb. Xüsusilə də risk qrupunun 75 faizi peyvənd olunacaq. Peyvənd kampaniyası bu qrupdan olanlara növbəsiz və pulsuz aparılacaq.

Əhali arasında peyvəndin əhəmiyyəti barədə profilaktik söhbət aparılacaq.

Bundan başqa, Putin tapşırıb ki, büdcədə koronavirusa qarşı dərman, tibbi avadanlıq kimi məsələlərlə bağlı vəsaitin təmini prioritetlər siyahısında olmalıdır. Əlaqədar qurumlara ölkədə yetərli sayda dərman ehtiyatı və avadanlaıqların olmasını yoxlamaq da tapşırılıb.

Başqa bir tapşırıq isə payız-qış mövsümündə koronavirusla bağlı vəziyyətin gərginləşmə ehtimalı nəzərə alınaraq xəstəxanalarda koronavirusun müalicəsi üçün çarpayı ehtiyatı saxlanılması ilə bağlıdır.

Cebhe.info

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button