İdman

Levandovski Messi və Ronaldonu qabaqladı

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, “Bavariya”nın hücumçusu Robert Levandovski ən yaxşı seçilib. O, səsvermədə Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”) və Kayl Uokeri (“Mançester Siti”) qabaqlayıb.

Qeyd edək ki, Levandovski 1/8 finalda “Çelsi” ilə cavab matçında (4:1) 2 qol vurub, 2 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button