Dünya

ABŞ Rusiyanın taxıl sövdələşməsinə qayıtması ilə bağlı Türkiyənin səylərini “alqışlayır”

Çərşənbə axşamı ABŞ bildirib ki, Türkiyənin Ukrayna ilə taxıl sövdələşməsinin bərpa edilməsi üzrə səylərini dəstəkləyir.

Türkiyə “bu təşəbbüs üzrə sazişə nail olmağa və Rusiyanı onu davam etdirməyə razı salmağa kömək edərək “çox konstruktiv oldu”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller Turan-ın sualının cavabında deyib. “Onlar məhsuldar rol oynamağa davam edirlər”, – o əlavə edib.

Ötən ay Rusiya Ukraynanın Qara dəniz limanlarından taxıl ixracını bərpa etmək üçün 2022-ci ilin iyulunda Türkiyə, Birləşmiş Millətlər Təşkilatı və Ukrayna ilə birlikdə imzaladığı müqavilədə iştirakını dayandırıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ixrac dayandırılmışdı.

Turan həmçinin Millerdən avqustda Putinin Türkiyəyə səfəri barədə də soruşub. “Mümkün səfərlə bağlı heç bir şərhim yoxdur, ancaq onu deyə bilərəm ki, Rusiyanın yenidən bu təşəbbüsə qoşulması üçün Türkiyənin ona təzyiq göstərməyə davam etməsini dəstəkləyirik, çünki bu, çox vacibdir”, – Metyü Miller deyib.

Bənzər yazılar

Back to top button