ManşetSiyasət

Ankaradan Ermənistana daha bir xəbərdarlıq: Təcavüzkar millətçilik siyasətindən əl çəkməyin vaxtı çatıb

Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəldir

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Sevr müqaviləsinin 100 illiyi bəhanəsi ilə Ermənistan hakimiyyətinin verdiyi açıqlamalara cavab olaraq yazılı bəyanat verib.

Bəyanatda “Birinci Dünya müharibəsinin sonunda vətənimizi məhv etməklə müstəqilliyimizə və suverenliyimizə son qoymağı hədəfləyən 10 avqust 1920-ci il tarixli Sevr müqaviləsi, işğal və məhv planlarının heç bir iddia olmadan ortaya qoyulduğu ibrət sənədidir”, deyə qeyd edilir.

Türk millətinin qəhrəmancasına həyata keçirdiyi “Qurtuluş savaşı”dan sonra 24 iyul 1923-cü il tarixində imzalanan Lozanna sülh müqaviləsi ilə Sevr müqaviləsini cırıb tarixin zibillliyinə atıldı qeyd edilən bəyanatda daha sonra deyilir ki, bir əsrin keçməsinə baxmayaraq, tarixdən dərs almaq əvəzinə düşmənçilik yaradanların bu sənəddən kömək gözləməsi təəccüblü deyil.

Açıqlamada, türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərslərin və imperializmə vurduğu ağır zərbənin tarix kitablarında “dərs” olaraq öyrədildiyi və bu şərəfli mübarizənin digər məzlum millətlərə nümunə olduğu qeyd edilib: “Bugün öz xalqını qidalandırmağa belə aciz olan bir hakimiyyətin 100 il sonra Türk millətinin cırıb atdığı Sevr müqaviləsini gündəmə gətirməyə cəsarət etməsi əbəs yerə olan cəhddir. Belə məkrli əməllərə cürət edənlər Türkiyənin ərazisinin və millətin bölünməz birliyi və hökmranlığı davam etdirmək əzmi qarşısında qarşısında həvəslərinin qursaqlarında qalacaqlarını daha yaxşı bilməlidir. İllərdir Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəldir. Ermənistan hakimiyyətinin təcavüzkar millətçilik siyasətindən əl çəkməyin və ağlını başına yığmağın vaxtı çatıb”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button