AnalitikaBizim seçimManşetSiyasət

MDB və Cənubi Qafqazda Qərb – Rusiya rəqabəti və Azərbaycan

MDB və Cənub Qafqaz regionunda Rusiya-Qərb geosiyasi rəqabətinin yeni mərhələsi başlayıb. Gözlənildiyi kimi Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili ölkədə həyata keçirilən ən böyük layihənin – Qara dəniz sahilində Anaklia limanının tikintisinə menecerlik edən Xazaradze ilə açıq savaşa girdi. Xazaradze Gürcüstanda İvanişvilindən sonra ikinci böyük sərvətə malik iş adamıdır. Anaklia limanı isə uzun və gərgin mübarizədən sonra Amerika şirkətlərinin idarəetməsinə verilmişdi. Gürcüstan Milli Bankının qərarı ilə Xazaradze özünün qurduğu «TBC- Bank»ın idarəetməsindən getməli oldu. Gürüsctanın Beynəlxalq Ticarət Palatasının prezidenti Fadi Asli açıq deyib ki, İvanişvili Moskvadan təlimat alıb.

Gürcü politoloqlar deyirlər ki, İvanaşvili yenə təzyiqləri davam etdirəck və əsas məqsəd Anakliya limanının əsas podratçısı olmaqdır. Həmçinin limandan pay almaqdır. Bu arada İvanaşvili üçün də problemlər yaranıb. Nüfuzlu deputatlar hakim partiyanın fraksiyasını tərk ediblər. “Gürcü arzusu” parlamentdə konstitusion çoxluğu itirib. Bir neçə gün əvvəl isə “Freedom Hous” təşkilatı Gürcüstanda hüquq və azadlıqların məhdudlaşdıırlması ilə bağlı çox sərt hesabat təqdim edib.

Moldovada 24 fevral parlament seçkilərində rusiyameyilli prezident İqor Dodonun liderliyi ilə sosialistlər 31.75% səslə daha çox manadata sahibləniblər. Amma Avropa İttifaqı ilə inteqrasiyanı dəstəkləyən, digər 3 partiyanın ümumi səsi daha çoxdur. Moskvanı şəksiz qalib etmək hələ tezdir. Bununla belə, ruslar ən azı mövqelərini qorumağı bacardılar.

Qazaxıstanda yeni pul əskinaslarında rus dilində yazılar olmayacaq. Dizaynı yenilən tengedə ancaq qazax dilində yazılar olacaq. Rus dili rəsmi dil olsa da, dövlət dili deyil. Bununla Nazarbayev 2018-ci ildən bəri milliləşdirmə siyasətini daha da gücləndirməyə üstünlük veriyini açıq nümayiş etdirir.
Ermənistanda baş nazir Paşinyan matrın 1-də böyük mitinq keçirilməsini planlaşdırır. Bu eks-prezident Köçəryanının azad edilməsi üçün təzyiqi artıran Moskvaya cavab sayıla bilər. Ermənistan KİV-inə inansaq Münhen konfransında Rusiya XİN başçısı erməni həmkarına bildirib ki, Köçəryanı siyasi məhbus hesab edirlər və o, azad olunmasa müvafiq bəyanat veriləcək. Paşinyan, həmçinin Gürcüstanala əlaqələri möhkəmləndirməyə çalışır. Ermənistan Fransa, Alamaniya timsalında Rusiyaya alternativ yaratmağa çalışır. ABŞ-ın daha fəal dəstəyini almağa səy göstərir.

Türkiyədə 31 mart bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasını həm Vaşinqtonda, Moskva və Brüsseldə diqqətlə izləyirlər. Bu seçkilər Ərdoğan üçün çox əhəmiyyətlidir. Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, rəqiblərin konsolidasiyası, ABŞ-ın təzyiqi Ərdoğan üçün çətin sınaq yaradıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün mövqeləri qorumaq çətin olacaq. Qərb, Avropa Ərdoğanın hegomonluğunun zəifləməsində maraqlıdır və bunun nəticəsində Türkiyə liderinin öz xarici siyasətində müəyyən korektələr gedəcəyinə ümid edirlər. Ruslar isə Ərdoğanın mövqelərini qorumasında maraqlıdırlar. Güclü Ərdoğan onların da işinə yaramır, amma AKP hakimiyyətinin çox zəifləməsi də Kreml üçün ciddi problemlər yarada bilər.

Azərbaycanda da bu geosiyasi rəqabətin təsirləri hiss olunur. Hazırda Azərbaycana Gürcüstan üzərindən təzyiq etməyə səy göstərirlər. Gürcüstan hökuməti təbii qazla təchizatın şaxləndirilməsi məsələsini gündəliyə gətirib. Bu məqsədlə “Qazprom” şirkətiylə danışıqlar aparıldığı açıqlanıb. Bunun yanaşı Сənubi Osetiya, Abxaziya üzərindən keçən yolunun bərpası barədə də razılaşmanın həyata keçirilməsinn mümkünlüyü barədə anons verilir. Bu yola Ermənistanla Rusiya arasında əlavə kommunikasiya xətti açıla bilər.

Rusiyada azərbaycanlılarla çeçenlər arasında kriminal savaş başladılmasına cəhd edilir. Rusiya XİN isə Azərbaycanla bağlı məsələlərə yenidən özünəməxsus şəkildə münasibət bildirməyə başlayıb. 20 fevralda isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 5-cü toplantısı keçirildı. Giriş nitqində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, “Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq”.

Zaur İbrahimli

Qeyd: Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb.

Bənzər yazılar

Back to top button