Dünya

ABŞ-dan qəribə təklif: “S-400 sistemlərini Türkiyədən alaq…”

ABŞ Senatı gələn il Vaşinqtona Ankaradan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini satın almaq üçün sövdələşməyə imkan verəcək müdafiə büdcəsi layihəsinə dəyişiklikləri nəzərdən keçirəcək.

AzToday.az “Defens Nyus”a istinadla xəbər verir ki, ABŞ Senatındakı Respublikaçı fraksiyasının Cənubi Dakota nümayəndəsi Con Tyun 2021-ci maliyyə ili üçün ABŞ-ın müdafiəsinə büdcə ayırmaları haqqında qanun layihəsinə dəyişiklik təklif edib. Senator Türkiyənin Rusiyadan satın aldığı S-400 zenit-raket sistemlərini almaq üçün əlavə vəsait ayrılmasını istəyib.

Dəyişikliklər Ankaranın raket silahlarının əldə edilməsi üçün ABŞ ordusunun büdcəsindən əlavə vəsait hesabına ödənilməsini təklif edir.

Bənzər yazılar

Back to top button