İdman

Zidan onunla bağlı qərarını verdi – “Real”a qayıdır

“Real” “Real Sosyedad”da icarə əsasında çıxış edən futbolçusu Martin Edeqorla bağlı qərarını verib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 21 yaşlı yarımmüdafiəçinin icarədən qayıtmasını tələb edib. Beləliklə, o, növbəti mövsümü Madrid klubunda keçirəcək.

Qeyd edək ki, Edeqor 2019/2020 mövsümündə icarə əsasında “Real Sosyedad”da oynayıb. Onun klubla icarə müqaviləsini daha il uzatmaq imkanı var idi.

Bənzər yazılar

Back to top button