Cəmiyyət

Yeni qadağa hansı halda ola bilər? – Həkim açıqladı

Karantin davranışlarının pozulması yoluxma üçün ən başlıca faktordur.

Bu sözləri həkim-professor Adil Qeybulla çimərliklərdə yaşanan sıxlığın yoluxmanın artımına səbəb olacağı barədə danışarkən deyib.

“Sosial məsafənin qorunması təkcə qapalı yerlərdə, ictimai nəqliyyatda, marketlərdə deyil, həmçinin çimərlik kimi açıq havada da zəruri amillərdən biridir. Sosial məsafə qorunmazsa və karantin qaydalarına riayət edilməzsə, təbii ki, yoluxmanın artması qaçılmazdır. Və bu da fəaliyyətinə icazə verilmiş müəssisələrin yenidən qapanmasına səbəb ola bilər. Ümumiyyətlə, fəaliyyətinə icazə verilmiş hər bir müəssisə üçün iş planı hazırlanmalıdır”.

A.Qeybulla qeyd edib ki, biz adətən rəsmi yoluxma məlumatı əsasında fikir yürüdürük:

“Amma bu, yalnız stasionar müalicənin nəticəsidir. Nəzərə alaq ki, ambulator şəraitdə, evdə müalicə olununan xəstələrin sayı xəstəxanada yatanlardan bir neçə dəfə çoxdur”.

Həkim Abşeron yarımadasında böyük yoluxma potensialının məhz karantin davranışlarının pozulması ilə bağlı olduğunu qeyd edib.

00
Axar.az

Bənzər yazılar

Back to top button