İdman

Devid Bekhem Nurməhəmmədovun atası ilə bağlı yazısına reaksiya verdi

“Mançester Yunayted”in və “Real”ın sabiq futbolçusu Devid Bekhem UFC çempionu Həbib Nurməhəmmədovun atasının vəfatı ilə bağlı fikirlərini yazıb.

Qaynarinfo xəbər verir ki, o şərhini döyüşçünün “Instagram”dakı statusunun altında qeyd edib. Bekhem “Dostum, səni və ailəni düşünürəm”, yazıb.

Bundan əvvəl Həbib ilk dəfə atası Əbdulmanaf Nurməhəmmədovun koronavirus infeksiyasına yoluxma nəticəsində öldüyünü bildirmişdi.

Dağıstanlı döyüşçü minlərlə azarkeşi və idman ulduzunu kədərləndirən bir post yazmışdı.

Bənzər yazılar

Back to top button