İdman

“Atletiko” yoluxan futbolçularının adlarını açıqladı

“Atletiko” koronavirusa yoluxan futbolçularının adlarını açıqlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar argentinalı hücumçu Anhel Korrea və xorvatiyalı müdafiəçi Şime Vrsalkodur. Oyunçularda heç bir simptom olmadığı, buna baxmayaraq, onların təcrid edildiyi bildirilib.

Komandanın digər futbolçuları və onların ailə üzvlərindən də test götürülüb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də Çempionlar Liqasının 1/4 finalında “Leyptsiq”lə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button