İdman
Messi məşqə sarğı ilə çıxdı
“Barselona”nın kapitanı Lionel Messi komanda ilə məşqlərə qoşulub.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşmaya qədər hazır olacaq.
ÇL-in 1/8 final mərhələsində “Napoli” ilə görüşdə xəsarət alan 33 yaşlı futbolçu bugünkü məşqə ayağında sarğı ilə çıxıb.
Qeyd edək ki, “Barselona” – “Bavariya” oyunu avqustun 14-də Lissabonun “Da Luş” stadionunda keçiriləcək.