Sağlamlıq

ABŞ baş infeksionisti COVİD-19-a qarşı Rusiya vaksininə qiymət verdi

“Peyvənd əldə etməklə vaksinin təhlükəsiz və effektiv olduğunu sübut etmək iki fərqli şeydir”.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş milli mütəxəssisi Entoni Fauçi “National Geographic”in başçılıq etdiyi onlayn müzakirədə deyərək Rusiyanın artıq koronavirusla mübarizə üçün istifadə edilə bilən bir peyvənd əldə etməsi iddiaları ilə bağlı ciddi şübhələri olduğunu bildirib.

O, Rusiya tərəfinin peyvəndin təhlükəsizliyi və effektivliyini həqiqətən sübut etdiyinə inanmaq istədiyini deyib: “Mən onların bunu etməsinə çox ciddi şübhə edirəm”.

Xatıarladaq ki, çərşənbə axşamı günü Rusiya Prezidenti Vladimir Putin Rusiyanın dünyada ilk koronavirus peyvəndi qeydə aldığını açıqlayıb.

Bənzər yazılar

Back to top button