Elə bilirsiniz, onları başlı-başına buraxmışıq? – Siyavuş Novruzov YAP-çı gənclərdən danışdı

by Aztoday Xəbər Portalı

“Yeni Azərbaycan Partiyasının üzvləri televiziyalarda, mətbuatda, o cümlədən sosial şəbəkələrdə çox aktivdirlər”.

Bunu Modern.az-ın sualını cavablandırarkən deputat, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, YAP üzvləri bütün platformalarda aktiv çıxışlar edirlər:

“Baxın bu gün mətbuatda çıxış edənlər kimlərdir? Hamısı YAP-ın üzvləri, deputatlar, ekspertlərdir. Milli Məclisdə də ən çox təklif verən, çıxış edənlər YAP üzvü olan deputatlardır. Aktiv gənclərin əksəriyyəti partiyamızın üzvləridir.

Bəlkə də mətbuata məlum deyil, amma sosial şəbəkələrin qeydiyyatını aparıblar. Məlum olub ki, 500 minə yaxın YAP üzvü sosial şəbəkələrdə aktivdir”.

Hakim partiyanın üzvlərinin fəaliyyətinin koordinasiya məsələsinə gəlincə, YAP rəsmisi vurğulayıb ki, partiya fəallarının hər birinin istiqaməti, yolu, tapşırıqları var:

“Elə bilirsiniz, onların fəaliyyətini başlı-başına buraxmışıq? Hamısının öz istiqaməti var. Xüsusilə bizim gənclərdən aktiv, məqsədli gənc yoxdur”.

Bənzər Yazılar