Dünya

Ermənistanda fövqəladə vəziyyət rejimi 5-ci dəfə uzadıldı

AzToday.az “newsarmenia.am”a istinadən xəbrə verir ki, Ermənistan hökumətinin keçirdiyi növbədənknar iclasda COVID-19 pandemiyası səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini yenidən uzatmaq barədə qərar qəbul edilib.

İclas zamanı qərarın təfərrüatlarını təqdim edən ədliyyə naziri Rüstəm Badasyanın qeyd edib ki, 16 mart 2020-ci ildə Ermənistanda tətbiq olunan fövqəladə vəziyyət, bundan sonra dörd dəfə uzadılıb və bu dəfə 11 sentyabr 2020-ci il saat 17: 00-a qədər yenidən uzadılır. Qərar dərc edildikdən dərhal sonra qüvvəyə minir.

Ölkədəki fövqəladə vəziyyətin müddətinin uzadılmasına əsas kimi guya fövqəladə vəziyyətin koronavirus infeksiyalarının sayının azaldılması baxımından hələ də təsirli olduğu göstərilir.

Koronavirusun yayılmasının qarşısını almaq üçün 16 mart 2020-ci il tarixində Ermənistanda fövqəladə vəziyyət elan edilib və daha sonra bir ay beş dəfə uzadıldı. Beləliklə, hökumətin 12 avqust tarixli qərarına əsasən, Ermənistanda fövqəladə vəziyyət rejimi 11 sentyabr saat 17: 00-a qədər fəaliyyət göstərəcək.

Xatırladaq ki, avqustun 12-yə qədər Ermənistanda təsdiqlənmiş 40,794 koronavirus hadisəsi qeydə alınıb, 1000 nəfərdən çox adam ölüb.

Bənzər yazılar

Back to top button