Sağlamlıq

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı azaldı

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 8 054 nəfər test edilib.

TƏBİB-dən AzToday.az-a verilən məlumata görə, indiyədək ölkədə 804 513 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 93 yeni yoluxma, 2 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 824 nəfər virusa yoluxub, 497 nəfər ölüb, 31 058 nəfər isə sağalıb. Son sutka ərzində 202 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 2 269 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 221 nəfər müalicə alır, 41 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Bənzər yazılar

Back to top button