Dünya

Paşinyan İcevanda kimin toyunda iştirak edib?

Əslən İcevandan olan baş nazirin yerlibazlığı o qədər güc gəlib ki, pandemiya şəraitində şəhər merinin qızına toy etməsinə icazə verib

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, yerli mediada yer alan bir xəbər öz hərəkətləri ilə bütün dünyanı özünə və Ermənistana güldürən N.Paşinyanın fövqəladə vəziyyət rejiminin qaydalarını pozuğunu göstərir. “Hraparak” qəzeti yazır ki, ötən şənbə İcevan şəhərinin meri Hayk Qalumyanın qızının gizli şəraitdə baş tutan toyunda iştirak edib.

Qəzetin yazdığına görə, bütün toy iştirakçılarına toyla bağlı hər hansı bir qeyd və ya fotoşəkil yaymaq qadağan edilib:

“Tədbirdə iştirak edən mənbəmizin dediyinə görə, toy mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak etdib, sadəcə təhlükəsizlik xidmətinin əməkdaşları qonaqları çox yaxından izləyir, hər şeyə nəzarət edirdi ki, fövqəladə vəziyyət şəraitində təşkil olunan tədbirdən məlumat İnternetdə yayımlanmasın. Yeni evlənənlər də bir şəkil yayımlamayıblar. Yalnız dünən, gəlin Haykui Qalumyan, Ermənistandakı istirahət mərkzələrindən birində çəkilmiş fotoşəkil yayımlayıb, onun altında yazılan çoxsaylı təbrik və arzular bu evliliyin baş tutduğunu aydınlaşdırmağa imkan verir”.

Sayt yazır ki, bu günlərdə başqa bir toy mərasimi baş tutub, məşhur iş adamı Xaçatur Sukiasyanın qardaşı qızı kriminal avtoritet hesab olunan Aram Xranyanın (Aramço) oğlu ilə evlənib.

Xatırladaq ki, daha əvvəl fövqəladə vəziyyət şəraitində, Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Artak Davtyanın oğluna toy təşkil etmiş və bundan sonra vəzifəsi ilə vidalaşmışdı.

Buna baxmayaraq, baş nazirə yaxın olan mer və biznesmenlərə heç bir rejimin qadağası aid deyil. Daha doğrusu, əslən İcevandan olan Paşinyanın yerlibazlığı o qədər güc gəlib ki, həm pandemiya şəraitində toy mərasimi keçirilməsinə icazə verib, həm də özü orada iştirak edib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button