Siyasət

Türkiyənin Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanda (FOTO/VİDEO)

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Bu barədə AzToday.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

***

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

Bu barədə AzToday.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bənzər yazılar

Back to top button