Hadisə

Qubad İbadoğlunun qardaşı sovqatın çatdırılmamasından şikayət edir

1 saylı İstintaq Təcridxanasında administrasiya Qubad İbadoğlu üçün göndərilən sovqatın bir hissəsini götürür.

“Dünən məlum oldu ki, administrasiya ona evdən göndərdiyimiz məhsulların və digər əşyaların bir hissəsini götürür. Sovqatı qəbul edirlər, amma sonra öyrənirik ki, kitabları və pəhriz qidalarını götürüblər. Qubad şəkərli diabet xəstəsidir və pəhrizə ehtiyacı var.

Bundan əlavə, kamerada dəhşətli vəziyyətdə olan tualetin dezinfeksiya edilməsi üçün lazım olan “Domestos”u da götürüblər Qubad İbadoğlunun qardaşı yazır.

*Xatırladaq ki, müxalifətyönlü xadim və tanınmış iqtisadçı Qubad İbadoğlu saxta pul hazırlanmasında ittiham olunaraq həbs edilib. O həmçinin Türkiyə hakimiyyətinin terrorçu hesab etdiyi FETÖ təşkilatına bağlılıqda günahlandırılıb.

Dünya birliyi bu həbsi kəskin pisləyərək Qubad İbadoğlunu siyasi məhbus kimi tanıyıb.(Turan)

Bənzər yazılar

Back to top button