Dünya

Qorbaçov indiki hakimiyyəti siyasi repressiyalardan əl çəkməyə çağırdı

1990-cı il 13 avqust tarixli “1920-1950-ci illərdəki bütün siyasi repressiya qurbanlarının hüquqlarının bərpası haqqında” fərman perestroyka illərində zamanın tələbi idi və repressiyalara haqq qazandırmaq cəhdlərinə qarşı durmağa çağırış idi.

Qaynarinfo xəbər verir ki, bu sözləri SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov deyib.

“Yenidənqurmanın bu uğurlarını bu gün də müdafiə etmək lazımdır”, – deyən keçmiş Sovet lideri əlavə edib ki, hazırda kütləvi repressiyalara haqq qazandırmaq və cinayətkarları “effektiv menecer” kimi qiymətləndirmək cəhdləri davam edir. Qorbaçovun fikrincə, ölkə rəhbərliyi qəti mövqe tutmalı və bu cür cəhdləri rədd etməlidir.

Sovet İttifaqının ilk prezidenti deyib ki, o dövrün repressiyaları müəyyən bir “ideologiyaya” söykənirdi ki, onu da ləğv etmək vacib idi.

Qorbaçov, eyni zamanda, mövcud hakimiyyəti öz siyasi rəqiblərini, müxalif olanları, başqa cür düşünənləri “xalq düşməi” elan etməkdən nəhayət əl çəkməyə və praktikada qanunun aliliyini təmin etməyə çağırıb.

Bənzər yazılar

Back to top button