Ronaldu ilə bağlı “Barselona”ya şok təklif

by Aztoday Xəbər Portalı

“Yuventus”un forrmasını geyinən Kriştianu Ronaldu “Barselona”ya təklif olunub.

Fanat,Az xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe “BBC Radio”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təkliflə 35 yaşlı futbolçunun agenti Jorje Mendeş çıxış edib.

Mendeş portuqaliyalı ulduzu “Barselona” ilə yanaşı, PSJ və bir neçə Şimali Amerika klubuna təklif edib.

Qeyd edək ki, Ronaldu “Yuventus”a 2018-ci ilin yayında “Real”dan keçib.

Bənzər Yazılar