Dünya

Ermənistanın baş prokuroru Paşinyana qarşı sabotajda günahlandırılıb

Dövlət Nəzarət Xidmətinin səlahiyyətləri dayandırılmış rəhbəri David Sanasaryan baş prokuror Artur Davtyanın vəzifədən azad edilməsi üçün baş nazirə müraciət ünvanlayıb

AzToday.az “news.am”a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Paşinyan hakimiyyəinin fəaliyyətinə qarşı etirazlar təkcə kənardan deyil, hökumətin daxildən də gəlir.

Belə ki, haqqında cinayət işi açıldığı üçün Dövlət Nəzarət Xidmətinin səlahiyyətləri dayandırılmış rəhbəri David Sanasaryan Ermənistanın Baş prokuroru Artur Davtyanın vəzifəsindən azad edilməsini təklif edir. Buna görə də baş nazir Paşinyana müraciət ünvanlayan Sanasaryan deyib ki, guya ölkəni koronavirus epidemiyası və digər böhran problemlərindən çıxarmaqla məşğul olan Paşinyanın gördüyü işləri Ermənistanın Baş prokuroru sabotaj edir: “Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının rəhbərlərinin dəyişdirilməsindən sonra xalq baş prokurorun dəyişməsini çox gözləyir, buna görə parlament bu məsələnin həllini gündəliyə çıxarmalıdır”.

Özünün də vəzifədən azad olunmasını xahiş edən Sanasaryanın sözlərinə görə, baş prokuror Artur Davtyanım vəzifədən uzaqlaşdırılması ilə prokurorluq orqanları sağlamlaşma şansı qazanacaq.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button