ManşetSiyasət

Rusiya Qarabağla bağlı mövqeyinə aydınlıq gətirməlidir – Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı çox ciddidir.

“Telefon danışığında çox məqamlara aydınlıq gətirilir. Biz bilirik ki, Rusiya ilə Azərbaycan arasında problemlər mövcuddur. Bu problemərin ilk siqnalı ondan ibarət olub ki, Rusiya daxilində Rusiya-Azərbaycaycan əlaqələrinə ziyan gətirən hansısa üçüncü qüvvələr var. İndi isə biz görürük ki, narazılıqla bağlı məlumatların rəsmi açıqlanması, Azərbaycan tərəfdən ünvanlanan suallar bu güclərin arxasında kimlərin dayandığını göstərir. Yəni, ola bilərmi ki, Rusiyanın dövlət başçısının bunun barəsində xəbəri olmasın? İkincisi, Rusiyanın bəyanatları və hərkətləri bir-biri ilə zidiyyət təşkil edir. Təbii ki, bu məsələyə aydınlıq gətirilməsi vacibdir. Onu da qeyd etməliyik ki, son bir neçə gündə Azərbaycan-Türkiyə əlaqələrinin sürətlə inkişafı da buna yeni elementlər gətirir. Mən istisna etmirəm ki, bu mövzuya aid hətta Türkiyə-Rusiya arasında təmaslar da mövcuddur. Hesab edirəm ki, axırıncı atılan addımlar və ictimaiyyətə çatdırılan məslələr onu göstərir ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə aid mövqeyi ya konkret şəkildə formalaşacaq, ya da buna aydınlıq gətiriləcək”.

Keçmiş nazir Rusiyanın Ermənistana hərbi yüklər daşıması ilə ATƏT-in Minsk Qrupunda həmsədrliyinin bir araya sığıb-sığmaması ilə bağlı sualın cavabında deyib ki, Rusiyanın Ermənistana silah daşıması daha böyük məqamlardan xəbər verir.

“Doğrusu, Minsk qrupunun gələcəyi ilə bağlı heç bir optimist fikirdə deyiləm. Daha önəmli məsələlər Azərbaycan-Rusiya arasındakı əlaqələr, əməkdaşlıq və bu əlaqəlrəin son zamanlar inkişafının əleyhinə bəzi qüvvələrin atdığı addımlar sual doğurur. Bu məsləyə aydınlıq gətirilməlidir. Rusiya-Azərbaycan əlaqələrini istəməyən qüvvələrin kimlər olmasına aydınlıq gətirilməlidir. Ya da aydın olmalıdır ki, bəlkə də bu, Rusiyanın rəsmi siyasətidir. Sadəcə olaraq, bu məsələ o dairələrin üstünə atılır. Bu məsələ aydınlıq gözləyir. Hesab edirəm ki, bu, çox vacib bir mərhələdir. Bu məsələyə aydınlıq gətirilməsi iki dövlət arasındakı münasibətlərə təsir edəcək. Bəlkə də iki ölkənin əlaqələri uzun illər bu hadisələrin təsiri altında qalacaq.

Zülfüqarov iki ölkə arasındakı narazılığın regionda yeni hərbi-siyasi gərginliklər yaratması ehtimalı ilə bağlı suala cavabda deyib ki, Rusiya Ermənistanın müdafiəsi ilə bağlı real addımlar ata bilməz.

“Rusiya Ermənistana nə qoşun göndərməz, nə də hərbiçilərinin Ermənistan tərəfdən vuruşmasına imkan verə bilməz. Bu, mümkün deyil”.

Keçmiş nazir Rusiyanın bu addımlarının Azərbaycanın xarici siyasətinin çoxvektorluluqdan təkvektorluluğa, qərb yönümlüyə keçməsinə təkan verə bilərmi? – sualının cavabında deyib ki, o, xarici siyasət kursunda dəyişikliyin olmamasının tərəfdarıdır.

“Hesab etmirəm ki, biz bu yola getməliyik. Burada sadə bir məntiq var. Ermənilər həmişə bizə qarşı hansısa üçüncü qüvvənin gücündən istifadə edib. Onların xeyrinə addım atmaq düzgün olmaz. Amma reallıqdan da qaçmaq olmaz. Rusiya tərəfindən verilən bəyanatlar bizə verilən vədlərdən fərqli ola bilər. Ancaq silahların daşınması verilən vədlərlə bir disbalans yaradır. Hesab edirəm ki, telefon danışığı məhz bununla bağlıdır. Rusiyanın sonuncu addımları bizə verilən vədlərlə ziddiyyət təşkil edir. Bunu da demək olmaz ki, Ruisyanın son addımları ilə bağlı qərar ən yüksək səviyyədə qəbul olunmayıb. Yəni bu səviyyədə silahların daşınması, təbii ki, ən yüksək səviyyədə qəbul olunan qərardır. Bu, ciddi sual yaradır. Bizə bir şey deyirsiniz, başqa hərəkət edirsiniz. Regionda konfrantasiyaya getmək nə bizim, nə də Rusiyanın xeyrinə ola bilməz. Regionda Azərbaycanla müttəfiq olmamaq Rusiyanın da xeyrinə ola bilməz. Azərbaycanın da gücü var ki, öz mövqelərini müdafiə etsin”, deyə o qeyd edib.

Turan.az

Bənzər yazılar

Back to top button