Hadisə

Keçmiş icra başçısının gəlini barəsində ittiham elan olundu

Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun gəlini Bəhmənova Dilarə Faiq qızının barəsində ittiham elan olunub.

AzToday.az-ın Demokrat.az-a istinadal verdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham verilib.

Dilarə Bəhmənovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal rayon Məhkəməsinə istintaq orqanı tərəfindən təqdimat verilib.

Təqdimat araşdırılması üçün hakim Hüseyn Səfərovun icraatına verilib və yaxın vaxtlarda təqdimatın araşdırılması başlanacaq.

Bundan əvvəl isə Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.

Ceyhun Bəhmənov bu ilin fevralında həyat yoldaşı Dilarə Bəhmənovaya 16 bıçaq zərbəsi vurub.

Bundan əvvəl isə onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 126.2-ci( xüsusi amansızlıqla sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanılmışdı.

Yasamal rayon Prokurorluğundan istintaq gedir.

Bənzər yazılar

Back to top button