İdman

Müller: “Messini saxlaya bilərik”

“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Fanat.az xəbər verir ki, oyunçu “Marca”ya (Marka) bunu deyib:

“Sabah iki topa sahib olmağı sevən komanda qarşılaşacaq. Biz top rəqibdə olanda da yaxşı oynamaq, “Barselona”nın işini çətinləşdirmək, onu geri qaytarmaq istəyirik. Messini saxlamaq olar. Bütün komanda müdafiə olunsa, öhdəsindən gələ bilərik”.

“Barselona” – “Bavariya” oyunu bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

Bənzər yazılar

Back to top button