CəmiyyətDünyaManşetSağlamlıq

Məktəblərin açılması üçün ən böyük maneə açıqlandı

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib ki, dünyadakı məktəblərin 43 faizində əl-üz yumaq üçün qurğu yoxdur

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, dünyadakı məktəblərin 43 faizində əl-üz yumaq üçün qurğuların olmamasının məktəblərin açılmasına ən böyük əngəl olduğunu söyləyib.

Qebreyesus videokonfrans vasitəsilə ÜST üzvü olan ölkələrin bəzi nazirlərinə və diplomatlarına müraciət edib. Əl gigiyenasının yeni növ koronavirusa (COVID-19) qarşı mübarizədə həyati əhəmiyyətə malik olduğunu vurğulayan Qebreyesus ÜST və UNİCEF tərəfindən hazırlanan yeni hesabat haqqında məlumat verib. Dünyadakı məktəblərin yenidən açılmasında ən böyük maneə olaraq məktəblərdə əl-üz yumaq qurğularının olmamasına işarə edən Qebreyesus deyib:

“Dünyadakı beş məktəbdən ikisində əsas əl-üz yumaq üçün qurğular yoxdur və bu, təxminən 818 milyon uşağa mənfi təsir göstərir. Bu, məktəblərin açılması üçün əsas maneədir”.

Qebreyesus bu məktəblərin əksəriyyətində təmiz suyun və ya hətta tualetin olmadığını və bu problemin COVID-19 epidemiyasından əvvəl olduğunu söyləyib: “Məktəblərdə daxil olmaqla, infeksiyaların effektiv qarşısının alınması və nəzarəti üçün su, sanitariya və gigiyena xidmətlərinin bütün yerlərdə olması çox vacibdir”.

ÜST-UNİSEF-in birgə hesabatında yer alan diqqət çəkən rəqəmlər:

– 2019-cu ildə dünyadakı məktəblərin 43 faizində COVID-19-dan qorunmaq üçün həyati əhəmiyyətli tədbirlərdən biri olan əlləri su və sabunla yumaq imkanı yoxdur;
–355 milyon uşağın oxuduğu məktəblərdə su var, ancaq sabun yoxdur. 462 milyon şagird su və su kranı olmayan məktəblərə getməlidir.

Bundan əlavə, dünyada məktəblərin üçdə biri içməli su ilə təmin olunmur və ya yoxdur. 698 milyon uşağın təhsil aldığı məktəblərdə əsas təmizlik xidmətləri yoxdur

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button