İqtisadiyyat

Təhsil Nazirliyi 1,6 mln manatlıq mebel alır

Azərbaycan Respublikası Təhsil Nazirliyi qurumun aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AzToday.az “MediaPost”a istinadla xəbər verir ki, tenderin qalibi “Nərmin-H.N” MMC-dir.

Qalib şirkətə 1 mln 610,9 min manat ödəniləcək.

Qeyd edək ki, “Nərmin-H.N” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 30 manat, qanuni təmsilçisi isə Nəriman Hacıyev Asif oğludur.

Bənzər yazılar

Back to top button