Dünya

Trampın keçmiş vəkili onun Rusiya ilə münasibətlərini ortaya qoydu

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen yeni kitabında Trampın 2016-cı il seçkilərində Rusiyadan dəstək aldığını iddia edərək fırıldaqçılıq etdiyini ortaya qoyduğunu qeyd edib.

Qaynarinfo xəbər verir ki, vəkilin sözlərinə görə, “qazanmaq üçün hər şeyə getmək” Amerika liderinin “iş modeli və həyat tərzidir”, o, Rusiyanın müdaxiləsindən istifadə edərək seçkiləri saxtalaşdırıb.

Ağ Ev rəhbərinin keçmiş müdafiəçisi, müəyyən mənada müştərisini ailəsindən daha yaxşı tanıdığını iddia edib. Koen həmçinin Trampı fırıldaqçı, yırtıcı, irqçi, xuliqan və yalançı adlandırıb.

Bənzər yazılar

Back to top button