Dünya

Ermənistan polisinin sabiq rəhbərliyinə qarşı ittiham elan edildi

Ermənistan polisinin cinayət axtarış idarəsinin sabiq rəis müavini Ovannes Tmamayan Xüsusi istintaq xidmətinə çağırılıb

Məlumata görə, Tamamyan 2008-ci ilin 1 mart hadisələri baş verən zaman sözügedən vəzifəni tutub. Bu səbəbdən ona qarşı 1 mart cinayətlərinə görə ittiham elan olunub. Bundan əvvəl isə həmin iş üzrə Ermənistan polisinin keçmiş rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırılıb. Sabiq rəis tabeçiliyində olanlarla birlikdə baş vermiş hadidələrlə bağlı sübutları ört-basdır etməkdə günahlandırılır.

Qeyd edək ki, Sarkisyan 2008-ci ilin mayında polis rəisi postuna təyin olunub.

Bununla da 1 mart 2008-ci il hadisələrinə görə günahlandırılanların əhatə dairəsi genişlənib. Həmin hadisələr ərəfəsində eks-prezident Levon Ter-Petrosyan president seçkilərinin nəticələrinə etiraz olaraq, öz tərəfdarları ilə davamlı aksiyalar keçirib. 2008-ci ilin 1-2 martında isə baş vermiş toqquşmalar nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb.

Hazırda həmin hadisələrlə əlaqədar eks-prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan, sabiq baş nazir müavini Armen Gevorkyan, sabiq KTMT baş katibi Yuri Xaçaturov və digərləri konstitusiya quruluşunu dəyişdirməkdə ittiham olunur. Arutyunyan barədə axtarış elan olunub. O, Rusiya vətəndaşı olduğundan bu ölkənin ərazisində gizlənir.

Hələlik bu cinayətlərdən özünü sığortalaya bilən 2008-ci ildəki qanlı seçki nəticəsində hakimiyyəti mənimsəmiş Serj Sərkisyandır. Lakin Nikol Paşinyanın onu da həbsə atrdıracağı şübhə doğrumur. İndiki məqamda isə Qarabağ klanını tam özünə qarşı çevirməmək üçün hiyləgər mövqe tutub. Yeri gəlmişkən, S.Sərkisyan işğal altındakı Azərbaycan ərazilərindədir. O, vaxtaşırı Qarabağa gəlməklə özünü qorumaq istəyir.(musavat.com)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button