Dünya

Arman Qukasyan: “Ermənistana “üçüncü qüvvə” lazımdır”

“Sosial ədalət naminə” partiyası öz ideologiyasını və əsas proqram müddəalarını Yerevan sakinlərinə təqdim edib

AzToday.az “panorama.am”a istinadən xəbər verir ki, 15-16 avqust tarixlərində “Sosial ədalət naminə” partiyası öz ideologiyasını və əsas proqram müddəalarını Yerevan sakinlərinə təqdim edib. Bu məqsədlə paytaxt küçələrində partiyanın nümayəndələri siyasi qüvvənin manifesti olan 2000-dən çox buklet paylayıblar.

Partiya nümayəndələri vətəndaşları “Sosial ədalət naminə” partiyasının ideyaları, yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan əsas proqramlar, habelə son qurultayda qəbul edilən əsas siyasi məqsədlərlə tanış ediblər.

Partiya sədri Arman Qukasyan Yerevan əhalisinin yanaşmalarını yaxşı başa düşdüklərini qeyd edərək indi Ermənistanda “üçüncü qüvvəyə” ehtiyac olduğunu deyib: “Məqsəd siyasi gücümüzün ideologiyasını vətəndaşlara təqdim etmək idi. Bu aksiya həm də vətəndaşlarla ünsiyyətimizin ikitərəfli olması baxımından vacib idi: biz onlara partiyamızın proqramını, həvəsləndirdiyimiz hədəfləri təqdim etmədik, həm də onların əhval-ruhiyyələrini və gözləntilərini sınaqdan keçirdik, onları narahat edən şeylər barədə eşitdik”.

Onun sözlərinə görə, partiyanın əsas manifesti 1990 – 2010-cu illərdəki köhnə Ermənistana qayıtmamaq, eyni zamanda mövcud hakimiyyətin populizmi və yalançı inqilabi ritorikasını qəbuledilməz olduğunu sübut etməkdir. “Sosial ədalət naminə” partiya ölkənin inkişafı üçün “üçüncü yol” təklif edir”, – deyən A.Qukasyan bu cür aksiyaların davam etdiriləcəyini də söyləyib: “Paytaxt Yerevanla başladıq, sonra bölgələrdə bunu tətbiq edəcəyik”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button