Cəmiyyət

Səudiyyə Ərəbistanı ilə 2023-cü ildə Həcc ziyarəti haqda saziş imzalanıb

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu idarə ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi arasında 2023-cü ildə Həcc ziyarətinə dair saziş imzalanıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin 9 yanvar tarixli məlumatında deyilir.

Bu il Həcc ziyarəti iyunun sonu – iyulun əvvəlində baş tutacaq. Azərbaycan vətəndaşları üçün kvota hələlik açıqlanmayıb. Ötən il 680 zəvvar, səfərin qiyməti isə 9106 manat (5356 dollar) olub.

Bənzər yazılar

Back to top button